8,5 KQ NARKOTİK, 290 ƏDƏD METADON HƏBİ... - Şənbə və bazar günləri külli miqdarda narkotik vasitə ələ keçirilib

Martın 2-də və 3-də ümumi çəkisi 8,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin 290 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Stopnarkotik.az xəbər verir ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkarlanıb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə DİN-in mətbuat xidmətindən bildirilib.

Stopnarkotik.az