Yanvarın 7-də ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə, həmçinin 144 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir",- deyə nazirlik əlavə edir.