51 KQ NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 22 ədəd də çətənə kolu aşkar olunub

Aprelin 22-də ümumi çəkisi 51 kiloqrama yaxın narkotik vasitə və 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkar olunub.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilir.