"5-10 günə sülh müqaviləsi imzalana bilər" - ERMƏNİ SPİKER

"Ermənistan dəfələrlə bəyan edib ki, sülh müqaviləsi üzrə görüşlərdən imtina etmir".

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Braynın bəyanatını jurnalistlərə şərh edərkən deyib.

"Ümid edirik ki, real sülhə gətirib çıxaracaq əməli addım atılacaq. Mən artıq demişəm ki, 5-10 gün ərzində sülh müqaviləsi imzalana bilər. Təkliflərimizi mübadilə etdik, bu artıq altıncı mübadilədir. Əgər rəsmi Bakıdan yeni təkliflər olmazsa, mövcud variantda dəyişiklik edilməzsə, bunu bir neçə gün ərzində etmək olar", - spiker söyləyib.

Qeyd edək ki, ABŞ rəsmisi Azərbaycan və Ermənistan XİN başçılarını Vaşinqtona danışıqlar aparmağa dəvət edib./modern.az