Aprelin 27-də və 28-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, narkotik vasitələr – 4,2 kiloqrama yaxın tiryək, 2,3 kiloqramdan çox marixuana, qalanı heroin və metamfetamin, həmçinin 405 metadon və preqabalin həbləri qanunsuz dövriyyədən çıxarılıb.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.