42 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı - DİN-dən ƏMƏLİYYAT

Ötən gün 42,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 3-də ümumi çəkisi 42,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.