40-a yaxın bağça müdiri işdən çıxarılıb

Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin bağçalara nəzarət etdiyi aylar ərzində məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər zamanı 40-a yaxın müdir işdən çıxarılıb.

Stopnarkotik.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Onun sözlərinə görə, eyni zamanda, 246 nəfər xəbərdarlıq, töhmət və şiddətli töhmət alıb.