40 ƏDƏD PSİXOTROP HƏB ƏLƏ KEÇİRİLDİ - 5,1 ton çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 29-da 40 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 5,1 ton çəkidə 4243 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.