35,5 KQ MARİXUANA, 2,5 KQ "PATI", 679 ƏDƏD ÇƏTƏNƏ KOLU... - Aşkar olunan narkotiklər haqda açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 10-da və 11-də ümumi çəkisi 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 35,5 kiloqramdan artıq marixuana, 2,5 kiloqrama yaxın metamfetamin, həmçinin 679 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Stopnarkotik.az