Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 4-də ümumi çəkisi 34,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 31,6 kiloqrama yaxını marixuana, 3,2 kiloqrama yaxını heroin olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.