Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də ümumi çəkisi 33,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, narkotik vasitələr - 29,6 kiloqrama yaxın marixuana, 3,1 kiloqrama yaxın tiryək, 1,1 kiloqramdan çox metamfetamin, həmçinin 510 metadon həbi və 160 çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.