3 İL İŞ VERİLMİŞDİ, CƏZASI 2 DƏFƏ ARTIRILDI - Sabiq idarə rəisinin məhkəmə işi

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov barəsində olan hökmdən verilən apellyasiya protesti və şikayətləri üzrə məhkəmə yekunlaşıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ilə keçirilən məhkəmə prosesində qərar qəbul olunub.

Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub.

Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Təqsirləndirilən Mahir Şirvanov son söz olaraq öz xidmətini şərəflə başa vurduğunu qeyd edib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin bu il sentyabrın 9-da çıxardığı hökmə əsasən, Mahir Şirvanov 3 il müddətinə azadlıqdan məhrum olunub.