Aprelin 6-7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqramdan artıq heroin, 27 kiloqramdan çox marixuana, 4 kiloqrama yaxın metamfetamin və tiryək olub.