2,6 kiloqram narkotik və 120 ədəd metadon həbi dövriyyədən çıxarıldı - DİN-dən ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 20-də ümumi çəkisi 2,6 kiloqramdan artıq narkotik vasitə və 120 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.