2,5 kiloqram narkotik və 334 ədəd həb ələ keçirildi – DİN-dən ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 12-də ümumi çəkisi 2,5 kiloqramdan artıq narkotik vasitə və 334 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.