Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 1-də ümumi çəkisi 44 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 11,8 kiloqramdan artıq heroin, 24,9 kiloqramdan çox marixuana, 7,5 kiloqramdan çox metamfetamin, həmçinin 350 dəd metadon həbi olub.
Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.