24 saatda mövqeyini dəyişən İspaniya Avropaya veto qoydu

Madrid Ərəbistan yarımadası ilə Afrika arasında husilərə qarşı mübarizədə Avropanın Ağ Evə yardımına veto qoyub.

Maraqlıdır ki, əvvəlcə İspaniyanın özü bu əməliyyatda bütün Avropanın iştirakına nail olmağa çalışsa da, 24 saatdan sonra mövqeyini əksinə dəyişib. Sançes hökuməti bu qərarın səbəblərini açıqlamaqdan imtina edib.

Xatırladaq ki, son bir neçə həftə ərzində husilərin gündəlik hücumlarına cavab olaraq, Vaşinqton Qırmızı dənizdə əvvəlki onilliklərlə müqayisədə daha çox silahlı qüvvələr yerləşdirib. Amerikalılar Avropadan başqa Fars körfəzi ölkələrindən də dəstək almağa çalışırlar ki, onların hərəkətləri ərəblərə qarşı növbəti təcavüz kimi qiymətləndirilməsin. Ərəblər isə öz növbəsində müsəlman dünyasındakı imiclərinə zərbə vurulacağından ehtiyatlanırlar və buna görə də həmçinin ABŞ-yə imtina ilə cavab veriblər.