Aprelin 11-də Azərbaycanda ümumi çəkisi 26 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən gün qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 23 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq metamfetamin və 991 metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.