Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 29-da ümumi çəkisi 17,5 kiloqramdan artıq narkotik vasitə və 210 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.