13,6 KQ NARKOTİK, 4558 ƏDƏD METADON HƏBİ... - Ələ keçirilən narkotiklərlə bağlı rəsmi açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 17-də ümumi çəkisi 13,6 kiloqramdan artıq narkotik vasitə və 4558 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.