1,2 KQ HEROİN, 9,5 KQ MARİXUANA, 60 ƏDƏD METADON HƏBİ... - Gün əzrində 11,4 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 1-də ümumi çəkisi 11,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,2 kiloqramdan artıq heroin, 9,5 kiloqramdan çox marixuana, 630 qramdan çox tiryək və metamfetamin, həmçinin 60 metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.