11,3 KQ HEROİN, 30,9 KQ MARİXUANA, 4,8 KQ TİRYƏK... - Həftəsonu 50 kiloqram narkotik ələ keçirilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 1-də və 2-də ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,3 kiloqramdan artıq heroin, 30,9 kiloqramdan çox marixuana, 4,8 kiloqramdam artıq tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 80 ədəd psixotrop tərkibli həb olub.