Mingəçevirdə 11 yaşlı qız dəm qazından boğulub.
Stopnarkotik.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Hüseynov küçəsində fərdi təsərrüfatlardan birində qeydə alınıb.
Şəhər sakini, 2012-ci il təvəllüdlü Şəfiqə Əsədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Yaxınlarının verdiyi məlumata görə,hadisə baş verən gün yeniyetmənin doğum günü məclisi keçirilib.
Məclis bitdikdən sonra 11 yaşlı qız vanna otağına girib. Doğmları bir müddət sonra onun cansız bədənini aşkarlayıblar.
Ailənin yeganə övladı olan qızın meyti müayinə edilmək üçün morqa aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Şəfiqə Əsədova İ.Zeynalov adına 2 saylı tam orta məktəbin V a sinif şagirdidir.