Aprelin 9-da Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 4 tapança, 1 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Stopnarkotik.az-a bildirilib ki, sözügedən silahlar polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aşkar olunub.