Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 3-də ümumi çəkisi 12,8 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a bildiriblər ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,2 kiloqramdan artıq heroin, 10,5 kiloqramdan çox marixuana, 1,1 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 68 çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.