10-59 yaş arasındakı şəxslərin əsas ölüm səbəbi "yüksək narkotik dozasıdır" - ARAŞDIRMA

Kanada hökuməti narkotik istehsalçılarına və distribyutorlarına qarşı hüquqi mübarizədə yeni addım atır. Ali Məhkəmə opioid böhranı ilə bağlı əczaçılıq sənayesinin səhiyyə xərclərini  ödəməsini tələb edən qrup iddiasını təsdiqləyib.

Stopnarkotik.az xəbər verir ki, tənzimlənə bilməyən narkotik tədarükü bu ilin ilk on ayında Britaniya Kolumbiyasında 2000-dən çox insanın ölümünə səbəb olub, oktyabrda isə 189 nəfər doza həddinin aşılmasından ölüb. Bu bir gündə təxminən 6 ölüm deməkdir. Bu noyabr ayı həm də ardıcıl 37-ci aydır ki, ən azı 150 nəfər narkotik maddənin həddindən artıq dozasından ölür. Məlumatlara görə, 2016-cı ilin aprelində böhran başlayandan bəri 13,300-dən çox adam ölüb. Psixi sağlamlıq və narkomaniya naziri Cennifer Vaytsayd, verdiyi açıqlamada hökumətinin effektiv səhiyyə xidmətinə çıxışı təmin etməyə sadiq qaldığını bildirir. 2023-cü ildə ölümlərin dörddə üçündən çoxunu kişilər təşkil edəcək. Doza həddinin aşılması 10 yaşdan 59 yaşa qədər olan insanlar üçün əsas ölüm səbəbidir.

Stopnarkotik.az