Türkiyədə 1 aydır yoxa çıxan yaşlı qadının meyiti tapılıb.
Stopnarkotik.az xəbər verir ki, Kocaeli şəhərinin Derince qəsəbəsində yaşayan Alzheimer xəstəsi 87 yaşlı Emine Yıldırım iyunun 28-də evdən çıxaraq itkin düşüb. Ailəsinin polisə məlumat verməsindən sonra axtarış tədbirlərinə başlanılıb.
27 günlük axtarışlardan sonra xüsusi təyinatlı itin sayəsində qadının çürümüş meyiti aşkar olunub. Ailə üzvlərinin baxış keçirməsi nəticəsində yara izlərindən və paltarlarından çürümüş meyitin Yıldırıma aid olması dəqiqləşib.
Meyit məhkəmə-tibbi ekspertiza və patologiya şöbəsində müayinə edilir.