"ZƏRURİ ADDIMLAR ATILIR" - Baş prokurordan itkin düşən Rasimlə bağlı açıqlama

"İmişlidə itkin düşmüş Rasimlə bağlı bütün zəruri addımlar atılır".

Stopnarkotik.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, atılan addımların müsbət nəticə verəcəyinə ümid edir:

"Hazırkı an üçün isə konkret nə isə demək mümkün deyil".

Qeyd edək ki, 11 yaşlı Rasim Xankişiyev ötən ilin dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşüb.