Zelenski Zalujnıdan sonra onu da qovmaq istəyir

Ukrayna Prezidenti Vladimir Zelenski xarici işlər naziri Dmitri Kulebanın da istefaya göndərilməsi imkanını nəzərdən keçirir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Bildirilib ki, D.Kulebanın fəaliyyəti ilə bağlı, xüsusən səfir vəzifələrinə təqdim edilən namizədlərlə bağlı xeyli şikayətlər var.

İddia edilir ki, əvvəlcə Kulebanın Londona səfir göndərilməsi planlaşdırılırdı, lakin sonradan bu vəzifəyə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının təyin edilməsi qərara alınıb.

O da bildirib ki, XİN-in hazırkı rəhbərini əvəz etməyə ən çox ehtimal olunan namizəd prezident ofisi rəhbərinin müavini İqor Jovkvadır.