Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ermənistan parlamentinin sədri Alen Semonyanın onu "sıradan bir katibə" adlandırmasını şərh edib.
Sözçü bu barədə teleqram kanalında paylaşım edib.
"Onun səviyyəsi ilə əlaqədar ayın problemlərin olduğunu mübahisələndirmək müşkül məsələdir. Dünyadakı bütün “katibələrə” dəstək sözləri deyərdim. Siz “katibə”lik yox, “katiblik” edirsiniz. Bu, ən böyük rəhbərlərin uğurunun açarıdır. Hər gün çətinliklə işləməyiniz, o cümlədən planlaşdıma, görüşlərin təşkili etmək, sənəd-sünəd işi, zəngləri cavablandırmaq və milyonlarla müxtəlif narahatlıqlar olmasa, hər şey boşa gedəcək. İnciməyin bu adamdan. Əminəm ki, o, düşünmədən ağzını açıb. Erməni xalqı müdrik, səbirli və məhəbbətlidir. Onun sözləri ilə ermənilərə münasibət bildirməyin", - Zaxarova yazıb.
Qeyd edək ki, Zaxarova Simonyanın Laçın dəhlizi və Rusiya sülhməramlıları ilə bağlı vəziyyəti tənqid etməsini şərh edərkən Ermənistan rəsmilərinin bəyanatlarını “kobudluq” adlandırıb.
Buna cavab olaraq isə Simonyan Zaxarovanı “hansıda idarənin hansısa katibəsi” adlandıraraq ona cavab verməyəcəyini bildirib./modern.az