"Bu, uşaqların psixikasında ciddi nöqsanlar törədir" - NAZİR

"Adam ifaçıdır, amma pedoqoji səriştəsizliyi və psixoloji metodikadan istifadə etmək bacarıqsızlığı uşaqların psixikasında ciddi nöqsanlar törətmiş olur".

Bunu Milli Məclisin Elm və təhsil komitəsində keçirilən "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

"Bu neqativ hallar cəmiyyətdə aqressiv, zövqsüz vətəndaşa və digər formada xoşagəlməz halların baş verməsinə gətirib çıxarır", - deyə nazir bildirib.