Bu şəxslər ali məktəblərə imtahansız qəbul ediləcək

"İstedadların müəyyən edilməsi qeyd olundu. Onları üzə çıxarmaq, müəyyən etmək Mədəniyyət Nazirliyi olaraq bizim əsas prioritetimizdir".

Stopnarkotik.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində keçirilən "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

"Uşaq İncəsənət Festivalı gələn ildən İncəsənət Olimpiadası formatında keçiriləcək. Nəticədə qaliblər imtahansız ali təhsil müəssisələrinə qəbul ola biləcək", - deyə nazir bildirib.