Vüqar Qurbanovdan sonra ən yaxın adamı da vəzifəsindən getdi - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İcraçı direktorunun müşaviri işdən çıxarılıb.

Məlumata görə, müvafiq əmrlə Elşad Məmmədli sözügedən vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elşad Məmmədli 2024-cü ilin fevral ayında TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə müşavir təyin olunmuşdu.

Vüqar Qurbanov işdən çıxarıldıqdan sonra onun ən yaxın adamı sayılan Elşad Məmmədli də öz ərizəsi ilə vəzifəsindən gedib./"qaynarinfo"