“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

Türkiyədə hava məkanının təhlükəsizliyini təmin etmək üçün Adana vilayətində əlavə “Patriot” hava hücumundan müdafiə vasitəsi yerləşdirilir.

Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb. 

Məlumata görə, Adanada “İncirlik” bazasında İspaniyadan göndərilən həmin sistemə əlavə olaraq Almaniyadan göndərilən “Patriot” da yerləşdiriləcək.