Xəzərdən Dağıstana aparılan 525 kq narkotik ələ keçirildi

Dağıstana Xəzər dənizi vasitəsilə 525 kiloqram  marixuana qaçaqmalçılığı cəhdinin qarşısını alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Dağıstana dəniz yolu ilə 526 kq marixuana daşınma cəhdinin qarşısı alınıb. Dağıstan Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd İdarəsinin və Respublika Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin materiallarına əsasən, yeddi şübhəli şəxsə qarşı cinayət işi açıb. İstintaq davam edir. Məhkəmə tezliklə saxlanılan yeddi şəxsin hamısı üçün məhkəməyəqədər həbs qətimkan tədbiri seçəcək", deyə bəyanatda bildirilir.
Rusiya Cinayət Məcəlləsində bu cinayətin əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası ilə cəzalandırıldığı müəyyən edilib.

Stopnarkotik.az