Gürcüstanda məhkumların sayı tarixi rekord həddə çatıb.
Stopnarkotik.az xəbər verir ki, "Sakstat"ın məlumatına görə, 2025-ci ilin sonuna qədər Gürcüstanda 8700 nəfər həbsxanada olub, məhkum edilmiş cinayətkarların ümumi sayı isə 22767 nəfərə çatıb. 2024-cü illə müqayisədə məhkumların sayı 25,5% artıb.
Məhkum edilənlərin ümumi sayının təxminən yarısı şərti cəza alıb, daha 20%-i cərimə olunub, 5%-dən azı isə ictimai işlərə məhkum edilib.
2025-ci ildə hüquq-mühafizə orqanları 54.100 cinayət hadisəsi qeydə alıb ki, bunlardan 5300-ü narkotik cinayətləri, 3200-ü oğurluq, 109-u qətl, 279-u soyğunçuluq, 45-i təcavüz olub.
Stopnarkotik.az