Gürcüstan İspaniyaya 13 cinayətkarın həbs olunmasına kömək edib. Xüsusi əməliyyat Madrid, Valensiya, Qvadalaxara və Alikantedə eyni vaxtda baş tutub.
Stopnarkotik.az xəbər verir ki, hadisə barədə Gürcüstan DİN açıqlama verib.
"Cinayətkar dəstənin saxlanılan üzvləri İspaniyanın müxtəlif bölgələrində törədilən 27 mənzil oğurluğunda iştirak ediblər. Dəstə iki fərqli qrupdan ibarət olub: oğurluq edən gürcü əsilli şəxslər və oğurlanmış əşyaları satan İspaniya vətəndaşları", deyə Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Stopnarkotik.az