Türkiyənin Ankara şəhərində Narkotik Cinayətləri ilə Mübarizə Bölməsi qrupları şəhərin Kahramankazan rayonunun prokurorluğunun koordinasiyası altında narkotik istifadəsinin və qaçaqmalçılığının qarşısını almaq üçün əməliyyat keçirib.
Narkotik əməliyyatında 27 kiloqram marixuana müsadirə edilib və 4 şübhəli saxlanılıb. 4 şübhəli nəzarətə alınıb və onlara qarşı "narkotik və stimullaşdırıcı maddələrin qaçaqmalçılığı və ya təchizatı" cinayəti ilə bağlı məhkəmə prosesi başlayıb.
Əməliyyat çərçivəsində aparılan axtarışlar zamanı ümumilikdə 27 kiloqram marixuana müsadirə edilib. Hadisə ilə bağlı istintaq davam edir.
Stopnarkotik.az