Azərbaycanlılardan ibarət dəstə Suriyada İranyönlü muzdlu hərbi qüvvələrin tərkibində döyüşür. Stopnarkotik.az "Haqqın.az" istinadla bildirir ki, söhbət Tural Xaqverdiyev adlı 42 yaşlı Qazaxıstan sakini azərbaycanlı şəxsin həmkəndlisi və uzaq qohumu Samir Məmmədovla birgə Yaxın Şərq ölkələrinə “turnesi”ndən gedir. İstintaqdan məlum olub ki, onlar hər ikisi radikal şiə baxışlarına mənsub olublar. Onlar həm İranın ali dini lideri Əli Xamneyini ilahiləşdiriblər, həm də Azərbaycanda kərimə dövləti yaratmaq arzusunda olublar. Etiqad uğrunda mübarizəyə dair yekun qərar isə Məmmədovun Haqverdiyevi Suriyaya getməyə və “kafirlərə qarşı müharibədə” şəxsi iştirak etməyə razı salmasından sonra verilib.
2019-cu ilin noyabrında “əqidə qardaşları” əvvəlcə Tiflisə, oradan da Tehrana gediblər. İran paytaxtının hava limanında onları Məmmədovun özünü “Kərbəlayi” kimi təqdim edən tanışı qarşılayıb və iyirmiyə yaxın azərbaycanlının yaşadığı evə aparıb. Beş gün sonra bu dəstə Dəməşq şəhərinə uçub, oradan da avtobusla Hələbə gediblər.
Suriyada Haqverdiyev və Məmmədov intensiv döyüş hazırlığı kursu keçiblər. Haverdiyevin dini ayaması “Qulam”, Məmmədovun ayaması isə “Malik” olub. Onlar təlim-məşq toplanışında iyirmi gün keçiriblər və hər biri 500 dollar alıb.
2020-ci ilin fevralında Haqverdiyev və Məmmədov yenidən Hələbə gediblər və burada döyüş hazırlığının növbəti mərhələsi keçiblər. Bu dəfə onların hər biri 1000 dollar alıblar. Bundan sonra Haqverdiyev və Məmmədov Rusiya vasitəsilə Azərbaycana qayıdıb və daha ölkəni tərk etməyiblər.
Prosesdə Tural Haqverdiyev Suriyaya getmək qərarından çox peşman olduğunu etiraf edib.
Qeyd edək ki, prosesdə Ruhulla Axundzadənin yaxın qohumu olan “Heydər” adlı şəxs şahid qismində dindirilib. Heydər 2017-ci ildə həbs olunmazdan əvvəl Cəfəri məzhəbinin qızğın tərəfdarı olduğunu və sələfilərə nifrət etdiyini bildirib. Onu Suriyaya getməyə iranlı dostları inandırıblar. Dostarı iddia ediblər ki, Suriyadakı “Xanım Zeynəb” ziyarətgahının sələfilərdən müdafiəyə ehtiyacı var.
Hazırda İranda yaşayan Ruhulla Axundzadə Heydərə açıqlayıb ki, Suriyada əfqanlardan, ərəblərdən, pakistanlılardan və iraqlılardan ibarət “müqavimət ordusu” yaradılıb və etnik azərbaycanlılardan da eyni dəstənin yaradılması yaxşı olardı.
Əmisi oğlunun arqumentlərinə qulaq asan “Heydər” İranın Qum şəhərinə gedib, oradan qanunsuz yollarla və saxta sənədlərlə Hələbə çataraq, orada bir qrup azərbaycanlını toplayaraq onları silah-sursatla təmin etmiş və silahlı dəstə təşkil etmişdir. Bu dəstə "Hizbullah"a aid olan "Hüseynyyun" qrupuna daxil olub.
Oxşar ifadəni “Musa” kimi tanınan Gəncə sakininin təklifi ilə “Xanım Zeynəb” ziyarətgahını qorumaq üçün Suriyaya getmiş və döyüşlərdə iştirak etdiyi üçün 1000 dollar alan “Abbas” ləqəbli şahid də səsləndirib.
İstintaq materiallarında qeyd olunur ki, 2019-cu ilin əvvəlində “Hüseyniyun” qruplaşması ifşa edildikdən sonra SEPAH mənsubları azərbaycanlılardan ibarət yeni dəstə formalaşdırmağa başlayıblar. Namizədlər şəxsi tanışlıqlar əsasında seçilib və “müsahibələr” Tehranda SEPAH-ın əməkdaşları tərəfindən aparılıb.
Yeni qrupun üzvləri ayda 578 dollar maaş alırmışlar və Suriyada intensiv döyüş hazırlığı kursunu bitirdiklərinə görə həvəsləndirici bonus olaraq 1000-1500 dollar alırmışlar.
Nəticədə Tural Haqverdiyevə hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsi səkkiz il yarım müddətinə azadlıqdan məhrum edilib.
Stopnarkotik.az