Xətaidə istinad divarından daşlar qoparaq pilləkənlərə tökülüb - VİDEO

Xətai rayonunda, Cavanşir küçəsi, 31 ünvanı ilə Məhəmməd Hadi, 106-nın kəsişməsində təhlükəli vəziyyət yaranıb.

Stopnarkotik.az Baku.ws-ə istinadən xəbər verir ki, sözügedən ərazidə istinad divarları qəzalı vəziyyətdədir.

Bu gün həmin divardan daşlar qoparaq düşüb.

"Son zamanlar tez-tez buradan daşlar tökülür. Yağış yağanda vəziyyət daha da qorxulu hal alır", - deyə sakinlərdən biri vurğulayıb.