Xocavənddə partlayış: XƏSARƏT ALAN VAR - YENİLƏNİB-1

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonunda baş verən sursat partlayışı hadisəsi ilə bağlı məlumat yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, 10 fevral tarixində Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib. Arıçılıq təsərrüfatı ilə məşğul olan 1996-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.

"ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır", məlumatda deyilir.

***12:19

Şəxsin partlayış nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, fevralın 10-da saat 10 radələrində Xocavənd rayonunun Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Fizuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

***10:58

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.

Vətəndaş xəstəxanaya təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.