Xaçmazın dörd kəndində yanğın başlayıb

Xaçmaz rayonunun 4 kəndində yanğın başlayıb.

Stopnarkotik.az xəbər verir ki, rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində və İstisu qəsəbəsində kol-kos, qamışlıq ərazilərdə yanğın baş verib.

Qeyd edilən ərazilərə FHN-nin Xaçmaz, Quba və Şabran DYMH-lərinin briqadaları cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, hazırda Xaçmaz rayonunda güclü külək müşahidə olunur.