Xaçmazda 56 yaşlı qadın intihar etdi

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, rayon sakini, 1968-ci il təvəllüdlü Şükürova Zəbirə özünü tövlədə asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.