Türkiyə ədliyyə sistemində dəyişiklik - HƏBSXANALAR REABİLİTASİYA MƏRKƏZLƏRİNƏ ÇEVRİLİR / VİDEO

Türkiyənin Ədliyyə Nazirliyi narkotik asılılığına qarşı mübarizə çərçivəsində cəza sistemində köklü bir transformasiyaya başlayıb. Naziri Akın Gürlek, yalnız məhkumları cəzalandırmağı deyil, həm də elmi əsaslı reabilitasiya modelləri vasitəsilə onları cəmiyyətə sağlam şəkildə yenidən inteqrasiya etməyi hədəflədiklərini açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, qardaş ölkənin Ədliyyə Nazirliyi narkotik asılılığına qarşı mübarizə strategiyasını daha yüksək səviyyəyə qaldıraraq islah müəssisələrini reabilitasiya mərkəzlərinə çevirir. Nazirliyin başlatdığı yeni "insana ünvanlanan" dönəmdə məhkumlara asılılıqlarını aradan qaldırmağa kömək etmək üçün elmi-sosial əsaslı model tətbiq edilir.

Nazir Gürlek: "Cəza icrasının reabilitasiya aspektini gücləndirdik"

Nazir Akın Gürlek narkotik asılılığına qarşı mübarizənin cəza icrası ölçüsündəki yeni strategiyaları social media hesabından ictimaiyyətlə paylaşıb. Gürlek cəza sisteminin yalnız sanksiya mexanizmi deyil, həm də reabilitasiya prosesi olduğunu vurğulayıb və reabilitasiya səylərinin dərinləşdirildiyini bildirib.

Həbsxanalarda torpaqsız əkinçilik və istehsalat seminarları

Görülən işləri ətraflı izah edən nazir Gürlek, məhkumlara təqdim edilən müxtəlif imkanlara diqqət çəkib. O, tibbi və psixiatrik dəstəkdən əlavə, cəzaçəkmə müəssisələrində məhkumların həyat bacarıqlarını inkişaf etdirmək üçün bir çox fəaliyyətin həyata keçirildiyini bildirdi. Bu kontekstdə fərdi görüşlər, strukturlaşdırılmış qrup çalışmaları, ailə dəstək xidmətləri və peşə təlimi kursları sistemin təməl daşlarını təşkil edir.

"İncəsənətdən idmana qədər hər sahədə dəstək"

Məhkumların sosial həyatla əlaqələrini kəsmədən məsuliyyət hissi qazanmalarına kömək etməyi hədəflədiklərini bildirən nazir Gürlek sistemdəki digər yenilikləri belə sadalayıb:

"Biz idman, bədii və mədəni fəaliyyətlər, müntəzəm kitab oxuma proqramları, torpaqsız əkinçilik təcrübələri və istehsalat emalatxanaları vasitəsilə məhkumların cəmiyyətə güclü şəkildə yenidən inteqrasiyasını dəstəkləyirik".

Stopnarkotik.az