Səudiyyə Ərəbistanında oynanılması planlaşdırılan, yerli hakimiyyətin arenada Atatürk pankartları, köynəkləri və İstiqlal Marşını (Türkiyənin dövlət himni - red.) qadağan etməsindən sonra ləğv olunan matçdan sonra Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşinin istefa verəcəyi ilə bağlı iddialar yayılıb.
Mehmet Büyükekşinin istefaya hazırlaşdığı xəbərləri təkzib edilib.
Məsələ ilə bağlı Federasiyadan açıqlama verilib.
TFF rəsmiləri iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Daha sonra Mehmet Büyükekşinin otağına çəkildiyi və sağlamlığında problemlər olduğu bildirilib.
Hazırda onun səhhətinin yaxşı olduğu deyilir./BAKU.WS