Təbrizli futbolçulara hücum edildi, əşyaları oğurlandı

Kirmanşahda “Besət” futbol komandası ilə oynamağa gedən “Ümid Traktor”un futbolçuları stadionun girişində naməlum şəxslərin hücumuna məruz qalıblar.

Bu barədə “Traktor” Futbol Akademiyasının direktoru Kazım Mahmudi məlumat yayıb.

“12 təbrizli futbolçuya soyuq silahla hücum edilib. Həmin şəxslər yeniyetmə oyunçuları döydükdən sonra onların şəxsi əşyalarını, forma və ayaqqabılarını oğurlayaraq qaçıblar”, - məlumatda deyilir.

Qeyd edək ki, bəzi mənbələrdə hücum edən şəxslərin kürdlərdən ibarət dəstə olduğu bildirilir.