İyunun 5-də Sumqayıt şəhər sakini olan şəxs banklardan birinə aid kartından 590 manatın oğurlanması barədə polisə məlumat verib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verliən xəbər görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş Sumqayıt şəhər sakini 1974-cü il təvəllüdlü Mirələm Dərgahov saxlanılıb.
Həmin şəxs kart məlumatlarını əldə edəndən sonra qeyd olunan məbləği onlayn alış-veriş saytlarında istifadə etməklə xərcləyib.
Faktla bağlı araşdırmalar aparılır.