Kirants kəndindən keçən dövlətlərarası yola beton sədd çəkilib.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, divarın qarşı tərəfində qalan yol bu ayın sonuna qədər Azərbaycana təhvil veriləcək.
Dünəndən etibarən İrevandan Ermənistan-Gürcüstan sərhədinə gedən avtomobillərin hərəkəti dolama yoldan, qonşu Açarkut kəndindən keçir. Paralel olaraq Kirantsdan keçən yeni yol da çəkilir.