Spirtli içki qəbul edib, evini yandırdı... - ÖLƏN VAR / FOTO

Babək rayonunda baş verən yanğında bir nəfər ölüb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Didivar kəndində fərdi yaşayış evini yandıran kənd sakini Allahverdiyev Nurəddin Tarverdi oğlu hadisədən 3 saat sonra vəfat edib.

İlkin məlumata görə, o, tüstüdən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

***22:18

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

İlkin məlumata görə, ev sahibi Didivar kənd sakini, 1960-cı il təvvəllüd Nurəddin Tarverdi oğlu Allahverdiyev spirtli içki qəbul etdikdən sonra evini yandırıb.