Şəkər xəstəsi olan qadının evdə meyiti tapıldı

Ağdam rayon sakini, 1949-cu il təvəllüdlü Solmaz Həsənovanın Mingəçevir şəhərində yaşadığı ünvanda meyiti tapılıb.

DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, ilkin müayinə zamanı üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

S.Həsənovanın şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.